Qobustandakı dəhşətli qəza ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Qobustandakı dəhşətli qəza ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır hadisə nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən NOCOMMENT.az-a verilən məlumata görə, hadisə ilə bağlı çağırış 11 iyul 2026-cı il tarixində saat 08:50 radələrində daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Briqada tərəfindən müxtəlif bədən xəsarətləri alan 3 kişi Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Yaralılara zəruri tibbi yardım göstərilib. Hazırda onların müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Bununla yanaşı, təcili tibbi yardım briqadası hadisə yerində 2 kişinin həkiməqədər öldüyünü qeydə alıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.