Pakistan hakimiyyəti müsəlman dövlətlərinə İsrailə qarşı durmaq üçün vahid cəbhə yaratmaq təklifi ilə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, ölkənin müdafiə naziri Asif İsrailin hərəkətlərinin bütün islam dünyası üçün risklər yaratdığını, bu səbəbdən də region dövlətlərinin ortaq strategiyaya ehtiyac duyduğunu qeyd edib.
Bu müraciətə səbəb Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlıq sazişinin imzalanması olub. Müdafiə idarəsinin rəhbəri belə tərəfdaşlığın ümumi çağırışlar qarşısında birləşməli olan müsəlman ölkələrinin konsolidasiyası üçün əsas ola biləcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, daha əvvəl oxşar təşəbbüslə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs də çıxış etmişdi.
Sara,
NOCOMMENT.az











