Tramp “İranı vuraq” deyən nazirin adını AÇIQLADI

Tramp “İranı vuraq” deyən nazirin adını AÇIQLADI

ABŞ, İsrail və İran arasında davam edən müharibə 25-ci gününə daxil olub.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı başladılan hərbi əməliyyatla bağlı açıqlamasında qərarın verilməsinə görə müdafiə naziri Pit Heqseti günahlandırıb.

Tramp Tennessi ştatının Memfis şəhərində keçirilən Təhlükəsiz İşçi Qrupunun zirvə toplantısında çıxışı zamanı əməliyyatın başladığı gecə ilə bağlı danışıb. Onun sözlərinə görə, İrana qarşı hücum ideyasını ilk səsləndirən şəxslərdən biri müdafiə naziri Pit Heqset olub.

ABŞ prezidenti bildirib ki, İranın nüvə silahına malik olmasına icazə verə bilməzdilər və bu səbəbdən əməliyyat qərarı verilib. Tramp çıxışında müharibənin dayandırılmaması halında ölənlərin sayının on minlərlə arta biləcəyini də vurğulayıb.

“Pitə zəng etdim, General Keynə zəng etdim. Dedim ki, danışaq. Yaxın Şərqdə bir problemimiz var, onun adı İrandır. Onlar 47 ildir terrorun mənbəyidir. Və Pit, düşünürəm ki, ilk danışan sən oldun və ‘gəlin bunu edək’ dedin. Çünki onların nüvə silahına sahib olmasına icazə verə bilməzdiniz.”

Turan
Nocomment.az