Xameneinin ofisinin yerləşdiyi ərazi vuruldu – Dini lider ərazidən çıxarılıb

Xameneinin ofisinin yerləşdiyi ərazi vuruldu – Dini lider ərazidən çıxarılıb

Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığında zərbə endirilib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb.

Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

Royters yazır ki, İranın Ali Lideri Əli Xamenei paytaxt Tehranda deyil, təhlükəsiz yerə köçürülüb.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb