Yanğından əvvəlki son xəbərdarlıq onun miyoltusu oldu

Yanğından əvvəlki son xəbərdarlıq onun miyoltusu oldu

Çinin Şençjen şəhərində ev pişiyi gecə baş verən yanğın zamanı ailə üzvlərinin həyatını xilas edərək qəhrəmana çevrilib.

NOCOMMENT.az xəbər verir ki, hadisə səhər saat 04 radələrində baş verib.

Pişik yüksək səslə miyoldamağa və mənzildə ora-bura qaçmağa başlayıb. Səs-küyə oyanan ev sahibi mənzilin tüstü ilə dolduğunu görüb.

Kişi dərhal həyat yoldaşını və övladını oyadıb. Ailə yalnız sənədlərini götürərək mənzili tərk etməyə müvəffəq olub.

Qonşuların sözlərinə görə, alov qısa müddətdə geniş əraziyə yayılıb, binanın giriş hissəsini isə sıx tüstü bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu təxminən 20 dəqiqəyə söndürə biliblər. Nəticədə heç kim xəsarət almayıb. Lakin ailənin xilaskarına çevrilən pişiyi xilas etmək mümkün olmayıb.

Qonşuların fikrincə, heyvanın vaxtında reaksiya verməsi daha ağır nəticələrin qarşısını alıb və ailənin xilas olmasında həlledici rol oynayıb.

Məhəmməd

NOCOMMENT.az