Zaxarova: Xameneinin öldürülməsi alçaq addımdır

Zaxarova: Xameneinin öldürülməsi alçaq addımdır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ayətullah Əli Xameneinin və bir sıra İran rəhbərlərinin öldürülməsini kəskin şəkildə pisləyib və bunu “alçaq addım” kimi qiymətləndirib.

NOCOMMENT.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, ABŞ və İsrail Yaxın Şərqdə özbaşınalıq edir və regionu getdikcə daha dərin xaos girdabına sürükləyir.

O bildirib ki, guya mövcud olan “İran təhlükəsi” yalnız Tehranda konstitusion quruluşun zorla devrilməsinə yönəlmiş planın həyata keçirilməsi üçün bəhanə kimi istifadə olunub.

Aliyə
NOCOMMENT.az