Gürcüstan “Buk” sistemlərini Ukraynaya qaytarmaqdan imtina etdibackend

Gürcüstan “Buk” sistemlərini Ukraynaya qaytarmaqdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Müdafiə Nazirliyi Ukraynaya “Buk” zenit-raket komplekslərini geri qaytarmaqdan imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

“Ukraynanın Gürcüstana ödənişsiz olaraq “Buk” sistemlərini verməsi barədə məlumat həqiqətə uyğun deyil. Nazirlik 2007-ci ildə “Buk” sistemlərini əldə etmək üçün ödəniş edib. Bu proses gizli saziş şəklində həyata keçirildiyindən daha konkret detallar açıqlamırıq”, – deyə məlumatda qeyd olunub.

Nazirlik, həmçinin qeyd edib ki, Gürcüstan Ukraynaya humanitar və siyasi dəstək göstərməkdən imtina etmir, lakin ölkə dəfələrlə Ukraynaya silah yardımı etməyəcəyini bildirib.

Xatırladaq ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov ölkə mətbuatında dərc edilən məqaləsində bildirib ki, Ukrayna Gürcüstandan 2008-ci ildə Tbilisiyə verdiyi “Buk” raket sistemlərini geri qaytarmasını istəyib.

Qafqazinfo