11-ci sinif şagirdi qətlə yetirildi – VİDEO

11-ci sinif şagirdi qətlə yetirildi – VİDEO

Mingəçevirdə 11-ci sinif şagirdi qətlə yetirilib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Mingəçevir şəhəri ərazisində qeydə alınıb.

17 yaşlı Elmar Sarıyevi özündən 3 yaş kiçik yeniyetmə bıçaqlamaqda şübhəli bilinir.

Yaranan mübahisədən sonra ağır bıçaq xəsarətləri alan yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qətlə yetirilən Elmar Sarıyev şəhərdə fəaliyyət göstərən 17 saylı orta məktəbin 11-ci sinif şagirdi olub. Onun, ailənin böyük övladı oluğu bildirilir.

Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə  saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.