14 yaşlı yeniyetməyə itlər hücum etdi, vəziyyəti ağırdır

14 yaşlı yeniyetməyə itlər hücum etdi, vəziyyəti ağırdır

Abşeron rayonunun Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə uşağın atası Amid Turabov məlumat verib.

O bildirib ki, oğlu Mübariz Turabov həyətdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.


Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır./Report/