Ağdamda mübahisə qanla nəticələndi – YENİLƏNİB

Ağdamda mübahisə qanla nəticələndi – YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin regional qrupundan NOCOMMENT.az– a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı T.Baxşəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla baǧlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

24.11.2025-ci il tarixində saat 18:00 radələrində 1 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından NOCOMMENT.aza verilən məlumata görə, 1961-ci il təvəllüdlü şəxsə qarın divarının ön səthinin açıq yarası diaqnozu təyin olunub və cərrahi əməliyyata götürülüb.

Pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

***

Ağdamda həmyerlilər arasında başlayan mübahisə qanla nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, rayonunun Zəngişalı kəndində baş verən hadisə zamanı Baxşəliyev Teymur Həsən oğlu həmyerlisi Cabbarov Sahib Camal oğluna bıçaq xəsarəti yetirib.

Yaralı Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.