Dəhşətli qəza: ana və oğlu öldü, xəsarət alanların vəziyyəti açıqlandı – TƏFƏRRÜAT

Dəhşətli qəza: ana və oğlu öldü, xəsarət alanların vəziyyəti açıqlandı – TƏFƏRRÜAT

“Bu gün saat 19:30-da Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 3 nəfər (2-si kişi 1-i qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub”.

Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bir ailənin üç üzvü – Səmiyə Hüseynova, sürücü İlkin Hüseynov və Yusif Hüseynov xəsarət alıblar, Vüsalə Hüseynova və oğlu Uğur Hüseynov isə həlak olublar.

***

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, VAZ-2107 markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İlkin Hüseynov kənd ərazisində hərəkətdə olarkən qarşısında gedən qoşqulu traktora çırpılıb.

Nəticədə avtomobildə olan 5 nəfərdən ikisi – 2020-ci il təvəllüdlü Uğur Hüseynov və onun anası Vüsalə Hüseynova hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişinlər – sürücü İlkin Hüseynov, Səmiyə Hüseynova və onun 8 yaşlı nəvəsi Yusif Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri cəlb olunub. Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıların çıxarılması xüsusi riskli xilasetmə dəstəsi tərəfindən həyata keçirilib. Ölən şəxslərin meyitləri aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, qəza zamanı ölən və yaralananların hamısı bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

***20:16

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib.

VAZ markalı minik maşını traktorla toqquşub. İlkin məlumata görə, 2 nəfər hadisə yerində ölüb. 3 nəfər ağır xəsarət alıb.

Fakt araşdırılır.