Azərbaycanlı dənizçi Albaniyada faciəvi şəkildə həlak oldu

Azərbaycanlı dənizçi Albaniyada faciəvi şəkildə həlak oldu

Albaniyada azərbaycanlı dənizçi bədbəxt hadisə nəticəsində həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, Panama bayrağı altında üzən “Kybele” gəmisindən yük boşaldılması zamanı Biləsuvar şəhər sakini, 2001-ci il təvəllüdlü Əvəz Cəfərovu elektrik cərəyanı vurub.

O xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

Mərhum doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.

Faktla bağlı araşdırma aparılır.