Mərdəkanda batan 4 nəfərdən ikisi qardaşdır

Mərdəkanda batan 4 nəfərdən ikisi qardaşdır

Xəbər verdiyimiz kimi, bugün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 4 nəfər dənizdə batıb.

NOCOMMENT.az xəbər verir ki, dənizdə batan şəxslərdən 2005-ci il təvəllüdlü Elnur və 2007-ci il təvəllüdlü Elmar Əbdülovlar qardaş olublar.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən Elnur Əbdülovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Digər qardaşın axtarışları isə davam etdirilir.

Qeyd edək ki, digər batan 2 nəfərdən 1991-ci il təvəllüdlü Namiq Əzimovun da meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. 2003-cü il təvəllüdlü Pərviz Məcidovun isə axtarışları davam etdirilir.