Anar Məcidovla bağlı QƏRAR VERİLDİ - Müşavir təyin olundu

Anar Məcidovla bağlı QƏRAR VERİLDİ - Müşavir təyin olundu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan "Azərpoçt" MMC-nin idarə heyətinin sədrinə yeni müşavir təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu vəzifə Anar Məcidova həvalə olunub.

Qeyd edək ki, A.Məcidov bundan öncə Ümumdünya Poçt İttifaqının (ÜPİ) Avropa və MDB ölkələri üzrə proqram meneceri olub. O, bu vəzifəyə 2024-cü ilin mart ayında təyin edilmişdi.

A.Seyidov eyni zamanda 2021-2024-cü illərdə "Azərpoçt"da biznesin inkişafı departamentinin, 2024-cü ilin yanvar-mart aylarında isə beynəlxalq daşımalar departamentinin müdiri vəzifələrində çalışıb.

Məlumat üçün deyək ki, "Azərpoçt"un İdarə heyətinin sədri Manaf Babayevdir. O, sözügedən vəzifəyə cari ilin aprel ayında təyin edilib.\\Plat.az