Bakıda çoxmərtəbəli binada yanğın söndürüldü – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

***

Bakıda çoxmərtəbəli binada baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.