Paytaxtın Yasamal rayonunda qəza baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, kənar dairəvi yolda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Lökbatan”dairəsi istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.













