İsrailin müdafiə naziri İsrael Kats Livanla imzalanan sazişi tarixi hadisə və İsrail dövləti üçün həm diplomatik, həm də təhlükəsizlik sahəsində mühüm uğur kimi qiymətləndirib. Onun sözlərinə görə, bu saziş onilliklər ərzində ilk dəfə olaraq şimal sərhədi və Livan boyunca yeni, daha təhlükəsiz reallıq formalaşdırmaq, həmçinin İsrail vətəndaşlarının təhlükəsizliyini uzunmüddətli perspektivdə gücləndirmək potensialına malikdir.
NOCOMMENT.az xəbər verir ki, İsrael Kats bəyan edib ki, baş nazirlə verdikləri vədə uyğun olaraq, İsrail dövləti qoşunlarını Livandan çıxarmır və ərazi sakinlərdən, eləcə də yerüstü və yeraltı terror infrastrukturlarından təmizlənənədək Livanın cənubunda təhlükəsizlik zonasını, o cümlədən Bofor silsiləsini saxlamaqda davam edəcək. İsrail həmçinin, öz əsgərlərinə, icmalarına və şimal sakinlərinə qarşı təhdidləri aradan qaldırmaq üçün İsrail Müdafiə Qüvvələrinin (İMQ) sərbəst hərəkət hüququnu qoruyub saxlayır.
Sazişdə təsbit edilmiş əsas prinsip ondan ibarətdir ki, "Hizbullah" terror təşkilatı bütün Livan ərazisində tərksilah olunmayana və şimal sakinlərinin təhlükəsizliyi təmin edilməyənədək İsrail qüvvələrinin Livanın cənubundan heç bir yerdəyişməsi və ya çıxarılması baş verməyəcək. Nazir vurğulayıb ki, bu, baş nazir Binyamin Netanyahu və onun verdiyi və yerinə yetirdikləri fundamental şərtdir.
Kats bildirib ki, bu saziş İMQ-nin nailiyyətlərinin, şimal sakinlərinin təhlükəsizliyi uğrunda vuruşan əsgərlərin şücaətinin və yerli əhalinin nümayiş etdirdiyi dözümlülüyün əksidir. Saziş həmçinin İran oxuna qarşı strateji zərbədir: İran təhdid və təzyiqlərlə İsraili Livandan çıxarmağa çalışsa da, buna nail ola bilməyib. Bunun əvəzinə, "Hizbullah"ın tərksilahını tələb edən və Livanın gələcəyinin artıq İran və "Hizbullah" tərəfindən diktə edilməyəcəyini göstərən çərçivə şərtləri yaradılıb.
"Əgər İran sazişin həyata keçirilməsinə mane olmaq üçün İsrailə hücum etməyə cəhd edərsə, biz ona böyük güclə cavab verəcək və aramızdakı qüvvələr balansını nümayiş etdirəcəyik", – deyə nazir əlavə edib.
Sonda İsrael Kats qeyd edib ki, əsas sınaq sazişin icrası olacaq və qarşıda hələ çox çağırışlar var. O və baş nazir İMQ-yə təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşmağı, hərbçilərin müdafiəsi və şimaldakı yaşayış məntəqələrinə olan təhdidlərin aradan qaldırılması üçün zəruri tədbirləri görməyi tapşırıblar.
Sara,
NOCOMMENT.az











