Bakıda üç nəfərin üzərinə çinar ağacı aşdı

Bakıda üç nəfərin üzərinə çinar ağacı aşdı

Bakıda üç nəfərin üzərinə çinar ağacı aşıb.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, Y.Məmmədəliyev küçəsi, ev 7-nin qarşısında güclü külək nəticəsində Bakı şəhər sakinləri – 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılovanın, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderevin və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynovun üzərinə çinar ağacı aşıb.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.