Bakının bu qəsəbəsində su borusu partladı - Son vəziyyət

Bakının bu qəsəbəsində su borusu partladı - Son vəziyyət

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində magistral su xəttində qəza baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində borunun partlaması ətraf ərazinin su altında qalmasına səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, qəza barədə məlumat daxil olduqdan sonra Qaradağ Rayon Sukanal İdarəsinin əməkdaşları dərhal hadisə yerinə göndərilib.
Aparılan operativ təmir işləri nəticəsində nasazlıq qısa müddət ərzində aradan qaldırılıb.