Türkiyənin Əskişəhər şəhərində aviasiya mühərrikləri və hərbi təyinatlı məhsullar istehsal edən “TUSAS Motor Sanayii A.S.” müəssisəsində güclü yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, yanğının istehsalat sexlərindən birində baş verən partlayışdan sonra başladığı ehtimal edilir:
“Müəssisənin bütün heyəti təcili olaraq təxliyə edilib. Yanğını söndürmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin ixtisaslaşmış bölmələri cəlb edilib”.
Qeyd edək ki, yanğının səbəbi və ya mümkün itkilər barədə hələlik rəsmi məlumat yoxdur./axar.az/










