Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğuldu

Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğuldu

Bərdədə suda boğulan qızını xilas edən kişi boğulub ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bərdə rayonu Nazirli kəndində yerləşən su kanalında baş verib.

1981-ci il təvəllüdlü Sərəncam Kərimova ehtiyatsızlıqdan kanala yıxılaraq boğulma təhlükəsi ilə üzləşib. Hadisə yerinə gələn 1957-ci il təvəllüdlü Yasin Əvəz oğlu Kərimov qızını sudan çıxarmaq üçün kanala girib.

Qadını xilas edən Y.Kərimov özü boğulub ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. (Oxu.az)