Bərdədə xəsarətlə nəticələnən yol qəzası baş verib

Bərdədə xəsarətlə nəticələnən yol qəzası baş verib

Bərdədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik maşını idarəetməni itirərək dirəyə çırpılıb. Zərbənin təsirindən sonra avtomobil yol kənarında aşıb.

Hadisə nəticəsində sürücü xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.