Bərdədə yola tökülən yağ zəncirvari qəzaya səbəb oldu – VİDEO

Bərdədə yola tökülən yağ zəncirvari qəzaya səbəb oldu – VİDEO

Bərdə rayonunda asfalt örtüyünə yağ tökülməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, yolun həddindən artıq sürüşkən olması səbəbindən hərəkətdə olan bir neçə avtomobil idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Nəticədə zəncirvari qəza yaranıb.

Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı dəqiq məlumat verilməsə də, avtomobillərə ciddi ziyan dəydiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Aliyə

 

Bizim Telegram səhifəsinə abunə olun