Biləsuvarda avtomobil 60 yaşlı kişini vurdu

Biləsuvarda avtomobil 60 yaşlı kişini vurdu

Biləsuvar rayonunda baş verən qəzada 60 yaşlı kişi xəsarət alıb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili kənd sakini, 1965-ci il təvəllüdlü Bayram Hüseynağa oğlu Abbasovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan B.Abbasov rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.