Biləsuvar rayonunda yol qəzası baş verib.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərəgörə hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Xəzər” markalı minik avtomobili ilə qoşqulu traktor toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.













