Xalq artisti Flora Kərimova 85 illik yubileyini qeyd edib.
NOCOMMENT.az xəbər verir ki, sənətkar özəl gününü paytaxtdakı məkanlardan birində yaxınlarının əhatəsində keçirib. Gecəyə müğənninin ailə üzvləri, dostları və sənət aləmindən simalar qatılıblar.
Yubiley tədbirində diqqət çəkən məqamlardan biri də Flora Kərimovanın Londonda yaşayan qızı Zümrüdün anasını bu əlamətdar gündə tək qoymaması olub. O, yubileyə qatılaraq anasının sevincini bölüşüb.
Gecədən görüntülər sosial şəbəkələrdə paylaşılıb.










