Cəlilabadda avtomobil aşdı – xəsarət alanın son durumu- FOTOLAR

Cəlilabadda avtomobil aşdı – xəsarət alanın son durumu- FOTOLAR

24.11.2025-ci il tarixində saat 13:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından NOCOMMENT.az-a məlumat verilib.

Bildirilib ki, ona başın təpə nahiyəsinin əzilmiş, cırılmış yarası, çanaq və baldırın küt travması, sağ baldırın orta 1/3-də qapalı qəlpəli yerdəyişmiş sınıq diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

***14:03

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 142-ci km-də Cəlilabad rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əraziyə gələn təcili yardım avtomobili ilə yaralı Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.