Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, yanğın nəticəsində ilkin məlumata əsasən 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.
Yanğın yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
***13:31
Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, rayonun su-bataqlıq ərazilərdən birində yerləşən ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.
Quru ot və qamışlıq sahəsinin alovlanması nəticəsində tüstü bir neçə kilometr məsafədən belə aydın görünür.
Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində operativ tədbirlər görülür.
Yanğının səbəbləri araşdırılır.












