Derbidə gərgin anlar: Kazımcan kor olacaqdı… – FOTO / VİDEO

Derbidə gərgin anlar: Kazımcan kor olacaqdı… – FOTO / VİDEO

Türkiyə Superliqasının Fənərbaxça-Qalatasaray derbisində gərgin anlar yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, matç zamanı tribunadan atılan kəskin xarici maddə “Cim-Bom”un müdafiəçisi Kazımcan Karataşın gözünün altına dəyib.

Hadisə zamanı futbolçunun üzü zədələnib.

Futbolçu tibbi yardım aldıqdan sonra oyuna davam etsə də, görüntülər sosial mediada böyük qəzəb yaradıb.

Klub hadisəni qəti şəkildə pisləyərək, məsul şəxsin dərhal tapılıb cəzalandırılmasını tələb edib.

Araşdırmalara başlanılıb. Bərk cismi atan şəxs axtarılır.