Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib.
NOCOMMENT.az Baku TV-yə istinadən xəbər verir ki, o, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb.
Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş.
Hadisə baş verən gün Laçın Əhmədağayev Sevincin qardaşına zəng edərək evlərinə çağırıb:












