Gəncədə piyadanı maşın vurub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü Zülfiyyə Kərimova vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












