Gəncədə daha bir qəza: piyada vuruldu – Vəziyyəti açıqlandı / FOTO

Gəncədə daha bir qəza: piyada vuruldu – Vəziyyəti açıqlandı / FOTO

27.10.2025-ci il tarixində saat 09:10 radələrində 1986-cı il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən NOCOMMENT.az -ın Qərb bürosuna məlumat verilib.

Bildirilib ki, sol biləyin tipik yerdən sınığı diaqnozu təyin edilən pasiyentə ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

 

***09:35

Gəncədə piyadanı maşın vurub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib.

Hərəkətdə olan avtomobil 1986-ci il təvəllüdlü K.Quliyevanı vurub.

Qadın dərhal xəstəxanaya çatdırılıb,onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.