Gəncədə yol qəzasında ölən piyadanın kimliyi məlum olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, ölən şəxs 1956-cı il təvəllüdlü Natiq Bağırovdur.
***20:25
Gəncədə piyada yol qəzasında ölüb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şadaddilər küçəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək orta yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.












