Gəncədə qadını avtomobil vurub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ 21015 markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1986-cı il təvəllüdlü Gülnar Cəfərovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, ona yardım edilib. Hazırda qadının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.











