Gəncədə yüksək qızdırma ilə xəstəxanaya gətirilən azyaşlı öldü – YENİLƏNİB

Gəncədə yüksək qızdırma ilə xəstəxanaya gətirilən azyaşlı öldü – YENİLƏNİB

Gəncə Şəhər Birləşmiş Xəstəxanası azyaşlının ölümü ilə bağlı açıqlama yayıb. 

NOCOMMENT.az xəbər verir ki, açıqlamada bildirilir ki, bu gün saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı oğlan uşağı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

***09:30

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.\\APA