Fransada Ebola virusuna yoluxma faktı qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, Konqo Demokratik Respublikasından qayıdan bir həkimdə Ebola virusu aşkarlanıb.
Hazırda xəstə nəzarət altında saxlanılır. Onun sağlamlıq vəziyyəti və virusa necə yoluxduğu ilə bağlı araşdırmalar aparılır.
Səhiyyə qurumları mümkün təmasların müəyyənləşdirilməsi və epidemioloji risklərin qiymətləndirilməsi istiqamətində tədbirləri davam etdirirlər.









