Hava limanları bağlanır - Bu ölkədə

Hava limanları bağlanır - Bu ölkədə

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatı ilə bağlı vida mərasiminə hazırlıq prosesi davam edir. Fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hərbi hücumu zamanı həlak olan sabiq Ali Rəhbərin dəfn mərasimi ilə əlaqədar ölkədəki bəzi mühüm aeroportların fəaliyyətində məhdudiyyətlər tətbiq olunacaq.

NOCOMMENT.az xəbər verir ki, İran Hava Limanları Şirkəti Tehranın Mehrabad aeroportunun iyulun 3-də və 6-da fəaliyyətini tam dayandıracağını, iyulun 4, 5, 7 və 8-də isə məhdud şəkildə işləyəcəyini açıqlayıb. Məşhəd Beynəlxalq Hava Limanı isə iyulun 9-da tamamilə bağlanacaq.

Xatırladaq ki, Ayətullah Seyid Əli Xameneinin vida mərasimi iyulun 4-5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək. Cənazə daha sonra Qum şəhərinə yola salınacaq və orada keçiriləcək vida mərasimindən sonra, vəsiyyətinə uyğun olaraq, iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq. Qeyd edək ki, sabiq liderin ölümündən sonra İranın yeni Ali Rəhbəri vəzifəsinə onun oğlu Müctəba Xamenei seçilib.

Əli Səfərli,
NOCOMMENT.az