Goranboyda yol qəzası olub.
NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, hadisə Goranboyun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə “Toyota”ilə “VAZ” markalı minik maşınları toqquşub.
Qəza zamanı 2005-ci il təvəllüdlü Aypara Əmrahova, 1977-ci il təvəllüdlü Sadəgül Ələsova və 1995-ci il təvəllüdlü Elnarə Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda mikroavtobusla minik maşını toqquşması zamanı xəsarət alanlar kimliyi məlum olub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, xəsarət alanlar “Mersedes” markalı avtomobilin sərnişinləri, Goranboy rayonunun Qızılhacılı qəsəbə sakinləri, 1982-ci il təvəllüdlü A Rüstəmova və 1994-cü il təvəllüdlü İ.Məmmədovdur.
Qeyd edək ki rayonunun Xan Qərvənd kənd sakini,1971-ci il təvəllüdlü E.Rüstəmov idarə etdiyi “Mersedes” markalı 1 mikroavtobusla, Tərtər rayonunun Sarov kənd sakini 1964-cü il təvəllüdlü S.Musayev idarə etdiyi “Niva” markalı minik maşını toqquşub.
Qəza zamanı əraziyə polis əməkdaşları cəlb edilib.












