Goranboyda qəza olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə Goran-Naftalan yolunun Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Naftalan şəhər sakini 1974-cü il təvəllüdlü Rəfail Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla hərəktədə olan zaman 16 baş xırdabuynuzlu mal-qaranı vurub.
Qəza nəticəsində 3 baş mal-qara tələf olub,13 baş mal-qara isə yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır












