Göygöldə 25 yaşlı gənc bıçaqlandı – Saxlanılan var / YENİLƏNİB

Göygöldə 25 yaşlı gənc bıçaqlandı – Saxlanılan var / YENİLƏNİB

Göygöldə gənc oğlanı bıçaqlayan şəxs tutulub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini İ. Orucova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Göygöl rayon sakini Elbrus Quliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***28.10.2025   09:51

Daşkəsən rayon sakini Göygöldə bıçaqlanıb.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində yaxınlığında baş verib.

Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü İ.Orucov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya çatırılıb.

Gəncə dərhal yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə İ.Orucov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.