Güclü yağışdan sonra 4-cü mərtəbədə kanalizasiya daşdı - VİDEO

Güclü yağışdan sonra 4-cü mərtəbədə kanalizasiya daşdı - VİDEO

Bakıda yaşayış binalarından birində kanalizasiya sistemi daşaraq sakinlərə çətin anlar yaşadıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə paytaxtın çoxmərtəbəli binalarından birinin 4-cü mərtəbəsində qeydə alınıb.

Bildirilir ki, ötən gün müşahidə olunan güclü yağışlardan sonra binanın kanalizasiya xəttində problem yaranıb və çirkab sular mənzillərə dolmağa başlayıb.

Sakinlərin sözlərinə görə, kanalizasiya suları evin balkonuna axaraq antisanitar vəziyyət yaradıb.

Qeyd edək ki, son günlər Bakıda müşahidə olunan intensiv yağışlar bir sıra ərazilərdə infrastruktur problemlərini üzə çıxarıb. Bir çox küçə və prospektlərdə su basmaları, kanalizasiya xətlərində daşmalar qeydə alınıb.

NOCOMMENT.az