Hamamda yıxılan qadın xəstəxanada vəfat etdi

Hamamda yıxılan qadın xəstəxanada vəfat etdi

Şirvan şəhərində bədbəxt hadisə ölüm ilə nəticələnib.

NOCOMMENT.az-a verilən məlumata görə, noyabr ayının 27-də 1958-ci il təvəllüdlü Xuraman Səfərova yaşadığı L.İbrahimov küçəsi, ev 24/7 ünvanında yerləşən mənzilin hamam otağında yıxılaraq xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən X.Səfərova göstərilən tibbi yardımlara baxmayaraq, dekabrın 12-də vəfat edib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır..