Lənkəranda dəm qazından zəhərlənmə olub.
NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb.
Kənd sakinləri 1958-ci il təvəllüdlü Firayə Cabir qızı Əliyeva və bacısı 1972-cı il təvəllüdlü Rəna Cabir Kərimova vanna otağında huşsuz vəziyyətdə tapılıblar. Hər iki bacı ağır vəziyyətdə əraziyə çağrılan tibbi briqada tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaxınlarının deməsinə görə vanna otağında odun peçi və üstündə buxar verən daşlar olub. Ehtimal olunur ki, vanna otağında yaranan buxar dəm qazı yaradıb.
Onu da qeyd edək ki, Rəna bacısı Firayənin evinə qonaq gəlib.
Faktla bağlı araşdırma aparılır.












