Qazaxda yol qəzası olub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırmızı-Körpü adlanan ərazisində baş verib.
Hərəkətdə olan VAZ markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı yol göstərici nişanına çırpılıb.
Qəza zamanı sürücü Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Taleh Abdıyev avtomobildə olan sərnişinlər İran İslam Respublikasının vətəndaşları 1992-ci il təvəllüdlü H.Gallehban və 1984-cü il təvəllüdlü A.Sayeban xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












