Xəbər verdiyimiz kimi, noyabrın 30-da Kəlbəcər rayonunda açıq ərazidə yanğın başlayıb.
NOCOMMENT.az xəbər verir ki, yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyi-nin (FHN) qüvvələri tərəfindən söndürmə işləri aparılır.
Yanğının genişlənməsi nəticəsində Laçın rayonu istiqamətinə keçdiyi bildirilir.
Ərazinin dağlıq və mürəkkəb relyefli olması, eləcə də küləyin olması yanğınsöndürmə işlərini çətinləşdirir.
Videonu təqdim edirik:












