Lənkəranda baş verən qəzada xəsarət alan var.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə axşam saatlarında Lənkəran şəhərinin Mirmustafaxan küçəsində qeydə alınıb. Hərəkətdə olan iki “Toyota Prius” markalı nəqliyyat vasitələri toqquşub. Toqquşma nəticəsində avtomobildən biri yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəzada 2001-ci il təvəllüdlü Tərlan Bəxtiyar oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edək ki, baş verən qəzada avtomobilin elektrik dirəyini zədələməsinə görə şəhərin bir hissəsi işıqsız qalıb.












