“Bakı Metrosunda qatarların hərəkəti bərpa olunub”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-ya “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O deyib ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür:
“Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, “Nərimanov” elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib”
***
13:45
“28 May” stansiyasına qatar daxil olanda, dəmir yoluna düşən sərnişin ölüb”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-ya “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Bundan başqa o bilidirib ki, hal-hazırda bəzi stansiyalara sərnişinlərin daxil ola bilməməsi ilə bağlı məlumatlar var:
“Bu da mövcud vəziyyətlə əlaqədardır. Qısa müddət ərzində hərəkət bərpa olunacaq”.
***
13:30
“28 May” metrostansiyasında sərnişin stansiya yoluna düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə report-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.












