Naftalanda sanatoriyadan ölüm hadisəsi olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən Sağlamlıq sanatoriyasında baş verib.
Belə ki, sözü gedən sanatoriyada istirahət edən Zakatala rayonu Danaçı kənd sakini 1959-cu il təvəllüdlü İbrahim Murtuzovun anidən halı pisləşib.
Dərhal təcili tibbi yardım briqadası çağrılıb,müayinə zamanı 66 yaşlı kişini öldüyü məlum olub.
Məlumata görə İ.Murtuzov ürək tutmasından dünyasını dəyişib, onun Naftalana istirahətə gəlibmiş. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.












