Oğuzda evdə meyit tapıldı

Oğuzda evdə meyit tapıldı

Oğuz sakini evində ölü tapılıb.

NOCOMMENT.az -ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb.

Kənd sakini 1961-ci il təvəllüdlü Şövkət Müzəffər oğlu İsayevin cansız bədəni yaşadığı evdə qonşuları tərəfindən aşkarlanıb.

Məlumata görə, 64 yaşlı Ş. İsayev tək yaşayıb, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.