BYD markalı avtomobilin sürücüsü yol qəzası ilə bağlı narazılığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, sürücünün sözlərinə görə, o, düzgün hərəkət etdiyi yolda digər nəqliyyat vasitəsi ilə toqquşub və nəticədə avtomobil ağaca çırpılıb. Hadisə nəticəsində BYD avtomobili ciddi zərər görüb və hazırda bərpa üçün vacib ehtiyat hissələrini tapmaq mümkün deyil.
Sürücü vurğulayıb ki, bu vəziyyət həm maddi itkiyə, həm də iş prosesində ciddi çətinliklərə səbəb olur.
Həmin videonu təqdim edirik:












